31 oktyabr
Milli Məclisdən Prezident və Birinci vitse-prezidentə təbrik məktubu

Milli Məclisdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlamaq təklif edilib.
Təhlil.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bu təkliflə çıxış edib.
Təbrik alqışlarla yekdilliklə qəbul edilib.