27 oktyabr				
				Tramp: “Putin raket sınaqları keçirmək əvəzinə müharibəni dayandırmalıdır”

ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” raketini sınaqdan keçirməsinin uyğun addım olmadığını bildirib.
“Onlar bilirlər ki, bizim nüvə daşıya bilən sualtı gəmimiz var və dünyanın ən güclülərindəndir. Hətta onların sahillərindədir. Nəsə etmək üçün 8 000 mil yol qət etməyə ehtiyac yoxdur”, – deyə Tramp bildirib.
Təhlil.az-ın məlumatına görə, Tramp qeyd edib ki, ABŞ daimi olaraq raket sınaqları keçirir, lakin Putinin bu addımı “müharibəni uzatmaqdan başqa bir şey deyil”.
“Putin Ukraynadakı müharibəni bitirməlidir. Bu müharibə bir həftəyə başa çatmalı idi, amma indi dördüncü ilə girir. Raket sınaqları etmək əvəzinə müharibəni dayandırmaq lazımdır”, – Tramp vurğulayıb.
						Bu gün
					
				
						Bu gün
					
				
						Dünən