27 oktyabr				
				Ermənistan Azərbaycan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən büdcə müzakirələri zamanı bildirib ki, ölkə Azərbaycan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
Təhlil.az xəbər verir ki, o, həmçinin Qazaxıstan buğdasının Ermənistan ərazisinə daşınmasının planlaşdırıldığını qeyd edib. Paşinyanın sözlərinə görə, bu, dəmir yolu ilə — Azərbaycan–Gürcüstan–Ermənistan marşrutu üzrə həyata keçiriləcək.
Bu qərar regionda nəqliyyat əlaqələrinin bərpası və iqtisadi əməkdaşlığın genişlənməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
						Bu gün
					
				
						Bu gün
					
				
						Dünən