01 may

İki qurumun maliyyə xərclərində ciddi uyğunsuzluqlar aşkarlanıb

Hesablama Palatası 2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunda audit apararaq, dövlət vəsaitlərindən istifadə zamanı ciddi maliyyə uyğunsuzluqları müəyyən edib.

Təhlil.az xəbər verir ki, audit nəticələrinə görə:

Komitə üzrə 408 min manat, Fond üzrə isə 99 min manat artıq ödəniş edilib – əsas səbəb tədbirlərin gün və iştirakçı sayının şişirdilməsi olub.

Komitə tərəfindən 69625 manat dəyərində xidmət müqaviləsində oxşar şəkildə artıq vəsait ödənilib.

Müqavilə ilə yerinə yetirilməyən təmir işlərinə görə 26277 manat ödənilib.

2023-cü ildə Komitədə 1.87 milyon manat xərc artıq tanınıb, maliyyə hesabatlarında 800 min manata yaxın vəsait qeyri-dəqiq təqdim olunub.

Fonda aid olan 476 min manatlıq maarifləndirici video materiallar düzgün uçota alınmayıb və düzəliş göstərişi verilib.

Fondun inventarizasiyasında 13495 manatlıq artıq gəlmə, 50 min manatlıq əskik gəlmə və 60 min manatlıq ehtiyatın dövlət büdcəsinə bərpa edilməsi tələb olunub.

Bəzi nöqsanlarla bağlı tədbirlər görülüb, digərlərinin isə icrası izlənir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?