01 may

“Azeri Light” 2030-a qədər ucuzlaşmayacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) 2025–2030-cu illər üçün “Azeri Light” neftinin qiymətinə dair proqnozunu açıqlayıb.

Təhlil.az xəbər verir ki, BVF-nin hesablamalarına əsasən:

2025-ci ildə “Azeri Light” neftinin orta illik qiyməti $78,6 olacaq.

2026-cı ildə bu rəqəm $73,5 səviyyəsinə düşəcək.

2027-ci ildə qiymət $71,6,

2028-ci ildə isə $70,6 olacaq.

2029-cu ildə azacıq artaraq $72,

2030-cu ildə isə $73,4 səviyyəsində proqnozlaşdırılır.

Bu proqnoz Brent markalı neftin qiymətinə 2–3 dollar əlavə edilməklə formalaşdırılıb. Beləliklə, növbəti yeddi ildə “Azeri Light”ın qiymətinin $70-dən aşağı düşməsi gözlənilmir.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barreli üçün qiymət $70, 2026-cı il üçün isə $65 olaraq götürülüb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?