01 may

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlandı

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

Təhlil.az xəbər verir ki, kütləvi məzarlıq qazıntı işləri aparılarkən aşkar edilib.

Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqlarının olduğu ehtimal edilir.

Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar.

Aşkar edilən insan sümüklərində zorakılıq əlamətləri açıq-aydın müşahidə edilir.

Trend

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?