01 may
Ağır qəzada həlak olan hərbçilərin fotoları - VİDEO

Ağcabədidə baş verən ağır yol qəzası nəticəsində iki gənc hərbçi həyatını itirib.
Təhlil.az xəbər verir ki, 10-CM-225 dövlət nömrə nişanlı “Vaz 2106” markalı minik avtomobili traktorla toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini ağır xəsarətlər alaraq hadisə yerində həyatlarını itiriblər.
Həlak olan şəxslər - 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu Salyan rayonunun Qaraçuxur qəsəbəsindən, Əhmədov Vaqif Valeh oğlu isə Qazax rayonunun Qaymaqlı kəndindən olan gənclərdir. Hər iki gənc hərbçi olub və hadisə zamanı xidmətdə olublar. Onların ölümünə səbəb olan qəzanın yüksək sürət və idarəetmə itkisi ilə əlaqəli olduğu bildirilir.
Qəzanın təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Dünən