01 may

Yeni dərs ilinə ilk addım: Məktəb seçimi başlayır

Mayın 1-dən etibarən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu start götürür.

Təhlil.az xəbər verir ki, qeydiyyat prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə həyata keçiriləcək və ölkənin bütün şəhər və rayonlarını əhatə edəcək.

Azərbaycan bölməsi üzrə qeydiyyat 6 may–12 sentyabr tarixlərində aparılacaq. Digər dillərdə tədris olunan bölmələr üzrə müsahibəyə yazılma 6–20 may, müsahibələr isə 12–31 may tarixlərində baş tutacaq. Bu bölmələr üzrə məktəb və müəllim seçimi 17 iyun–12 sentyabrda keçiriləcək.

Bakı, Sumqayıt, Gəncə və Abşeron rayonu üzrə isə prioritetli seçim mərhələsi müəyyən olunub. Azərbaycan bölməsi üçün bu mərhələ 6 may–5 iyun, digər dillərdə tədris olunan bölmələr üçün isə 17 iyun–17 iyul tarixlərini əhatə edəcək. Bu mərhələ başa çatdıqdan sonra həmin məktəblərə prioritet olmadan müraciətlər mümkün olacaq.

Qeyd edək ki, bu il 85 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçiriləcək.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?