15 oktyabr

Putin Kremldə Əhməd əş-Şaraa ilə danışıqlar aparır

Vladimir Putin Kremldə Suriya keçid hökumətinin prezidenti Əhməd əş-Şaraa ilə danışıqlar aparır. Təhlil.az xəbər verir ki, əş-Şaara deyib:

“Ölkələrimiz bir çox onilliklər ərzində xüsusi əlaqələr qurmuşdur. Biz 80 ildən artıqdır ki, Rusiya və Sovet İttifaqı üçün ən çətin dövrlərdə - 1944-cü ildə qurulmuş diplomatik əlaqələri saxlayırıq”.

Qeyd edək ki, Qərb mediasının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, əş-Şaraa Kreml rəhbərindən hazırda Rusiyada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi təhvil verməsini xahiş etmək niyyətindədir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?