14 oktyabr
ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana səfəri təxirə salınıb

ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Cənubi Qafqaz üzrə regional səfəri çərçivəsində 13–15 oktyabr tarixlərində Bakıya gəlməsi planlaşdırılmışdı.
Təhlil.az xəbər verir ki, səfər təxirə salınıb və Valtonen sabah Gürcüstana yola düşəcək.
Diplomatik mənbələr bildirirlər ki, səfərin yeni tarixi daha sonra razılaşdırılacaq.