13 oktyabr

Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilir

Bakıda Azərbaycan, Rusiya və İran hökümət nümayəndələrinin üçtərəfli görüşü keçirilir.

Təhlil.az xəbər verir ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edirlər.

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?