30 aprel
Özünü qəsdən avtomobillərin qarşısına ataraq pul tələb edir - VİDEO

Bakının Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsində qeyri-adi və narahatedici hadisə yaşanır.
Təhlil.az xəbər verir ki, 30-35 yaşlarında şəxs bilərəkdən özünü avtomobillərin qarşısına ataraq süni qəza görüntüsü yaradır və sürücülərdən pul tələb edir.
İddialara görə, həmin şəxs daha sonra sürücülərlə “anlaşaraq” məsələni maliyyə qarşılığında “yoluna qoyur”. Bu cür halların təkrarlanması sürücülərdə narahatlıq doğurub.
Ətraflı VİDEODA
Dünən