10 oktyabr

Vitali Arkov: "Əliyev və Putinin müdrikliyi münasibətləri yeni mərhələyə daşıdı”" - AÇIQLAMA

"Azərbaycan və Rusiya liderlərinin danışıqları iki ölkə arasında uzun müddət davam edən qeyri-müəyyənliyə son qoydu".

Təhlil.az xəbər verir ki, bu fikirləri PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov açıqlamasında bildirib. 

Ekspertin sözlərinə görə, görüşdən sonra tərəflər arasında qarşılıqlı addımların atılması gözlənilir:

“İnanıram ki, Bakı Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatları çərçivəsində saxlanılan Rusiya vətəndaşlarını Moskvaya təhvil verəcək. Moskva da öz növbəsində Rusiyanın regionlarındakı azərbaycanlı icmalarının rəhbərliyinə sualları aradan qaldıracaq və onları Rusiya qanunvericiliyinə ciddi əməl etməyə çağıracaq. Deyəsən, Ağalarovlar ailəsinin ölkəmizdə qalan biznes layihələri ilə bağlı da müəyyən dəyişikliklərin şahidi olacağıq”. 

V. Arkov qeyd edib ki, bəzi xarici qüvvələrin arzuladığı qarşıdurma əvəzinə, iki ölkə münasibətləri bərpa olunaraq yeni mərhələyə qədəm qoyur:

“Bütövlükdə, bəzi xarici dağıdıcı qüvvələrin arzuladığı Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin pozulması əvəzinə, onların yenidən bərpa olunduğunu və yeni səviyyəyə qalxdığını müşahidə edirik. Hər iki tərəfin müəyyən səhvlərinə baxmayaraq, Rusiya və Azərbaycan rəhbərlərinin müdrikliyi onlara çətin vəziyyəti müsbət yola yönəltməyə və qarşıdurmaya son qoymağa imkan verdi”. 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?