10 oktyabr

Yaponiya ukraynalı hərbçilərə təlim üçün mütəxəssislər göndərir

Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib ki, Tokio mina zərərsizləşdirmə üzrə iki mütəxəssisi Litvaya göndərməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, mütəxəssislər ukraynalı hərbçilərin təlimində iştirak edəcək beynəlxalq qrupa daxil olacaqlar.

Təlimlər noyabrın 3-dən dekabrın 5-dək Litvada keçiriləcək.

Həmçinin, oktyabrın sonunda Tokioda Ukraynada minatəmizləmə mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?