30 aprel
Yaxın saatlarda Hindistan və Pakistan arasında müharibə başlaya bilər

Pakistanın informasiya naziri Attaullah Tarar Hindistanın qarşıdakı 24–36 saat ərzində hərbi hücum həyata keçirməyi planlaşdırdığına dair ölkəsinin əlində etibarlı kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.
Təhlil.az xəbər verir ki, Tarar bildirib ki, hücuma bəhanə kimi Hindistanın Cammu və Kəşmir bölgəsində yerləşən Pahalgamda baş verən və İslamabad tərəfindən saxta sayılan insidentdən istifadə oluna bilər.
Nazir xəbərdarlıq edib ki, hər hansı bir təcavüz aktı qətiyyətli cavabla qarşılanacaq. Hindistan regionda yarana biləcək ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq.
Tarar əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.