29 aprel

Zabratda yağın: FHN hadisə yerində - VİDEO

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsinin mərkəzində yerləşən iki mərtəbəli tikilidə ciddi yanğın baş verib.

Təhlil.az xəbər verir ki, qəsəbənin mərkəzi küçəsindəki obyektin birinci mərtəbəsində fəaliyyət göstərən qapı-pəncərə sexində başlayan yanğın, tezliklə alovla müşayiət olunan vəziyyətə gəlib.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilən məlumata əsasən, “112” qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub.

Yanğın hadisəsinin avtomobil təmiri sexində baş verdiyi bildirilib. Ancaq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilərək yanğının qarşısının alınması üçün əhəmiyyətli tədbirlər görülür.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər davam edir. Hadisə yerində baş verən proseslərlə bağlı əlavə məlumatın veriləcəyi bildirilir. Yanğının genişlənməməsi üçün ərazidə ciddi nəzarət tədbirləri görülür.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?