07 oktyabr
Misirdə Qəzza danışıqlarının ilk raundu “müsbət atmosferdə” başa çatıb

Fələstinin HƏMAS qruplaşması ilə vasitəçilər arasında Qəzzada keçirilən danışıqların birinci raundu Misirdə “müsbət atmosferdə” yekunlaşıb.
Təhlil.az xəbər verir ki, bu barədə Misirin “Al-Qahera News” nəşri məlumat yayıb.
Məlumata görə, bazar ertəsi İsrail nümayəndə heyəti Şarm əl-Şeyx kurort şəhərinə gəlib və HƏMAS tərəfi ilə vasitəçilərin iştirakı ilə keçirilən danışıqlar çərşənbə axşamı da davam etdiriləcək.
Gözlənilir ki, İsrail və HƏMAS ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü girov və əsir mübadiləsi, həmçinin uzunmüddətli atəşkəs təklifi ilə bağlı dolayı danışıqlar aparacaqlar.
Bu gün