29 aprel

İranda növbəti partlayış: ölən var

İranın mərkəzində yerləşən İsfahan şəhərində pirotexnika və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış şirkətə məxsus anbarda güclü partlayış baş verib.

Təhlil.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb. Partlayış, kimyəvi istehsalla bağlı sənaye kompleksinin ərazisində yerləşən anbarda qeydə alınıb. Bu müəssisənin dron istehsalı ilə əlaqəli ola biləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu üç gün bundan əvvəl Bəndər-Abbas şəhərində də partlayış baş vermişdi 65 nəfər həyatını itirmişdi. İran rəsmiləri həmin partlayışın səbəbi kimi kimyəvi maddələrin düzgün saxlanmaması ilə bağlı səhlənkarlığı göstərmişdilər.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?