06 oktyabr

ABŞ hökumətinin “şatdaunu” həftələrlə uzana bilər

ABŞ-də federal hökumətin fəaliyyətinin qismən dayandırılması – “şatdaun” artıq ikinci həftəsinə keçib.

Təhlil.az xəbər verir ki, Demokratlar və Respublikaçılar arasında siyasi qarşıdurma səbəbindən hökumət qurumlarının işi iflic vəziyyətindədir və tərəflər hələ də güzəştə getməyə hazır deyillər.

Analitiklər xəbərdarlıq edirlər ki, prezident Donald Trampın rəhbərliyi dövründə baş verən bu siyasi böhran qısa müddətli deyil, həftələrlə davam edə bilər.

Senator Çak Şumerin keçmiş mətbuat katibi Endryu Konieczukski bildirib: “Hazırda hər iki tərəf inadkarlıq göstərir, real kompromisdən söhbət belə gedə bilməz”.

Qarşıdurmanın əsas səbəbi Demokratların yaxın zamanda başa çatacaq səhiyyə subsidiyalarının uzadılmasını tələb etməsidir. Bu subsidiyalar milyonlarla aşağı gəlirli amerikalı üçün vacib sayılır, onların ləğvi isə tibbi xərclərin kəskin artmasına gətirib çıxara bilər.

Bazar günü Donald Tramp demokratları onun büdcə planını əngəlləməkdə ittiham edərək bildirib: “Buna səbəb olan onlar, biz isə irəliləməyə hazırıq”.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?