Hindistanın üç əyaləti uşaq ölümlərindən sonra öskürək dərmanına qadağa qoyub

Hindistanın ən azı üç ştatı öskürək siropunu qəbul etdikdən sonra bir neçə uşağın həyatını itirməsi ilə bağlı iddialar səsləndikdən sonra sözügedən dərman vasitəsinin satışını qadağan edib. Avqustun sonundan bəri Matya Pradeş və Racastan əyalətlərində beş yaşından kiçik ən azı doqquz uşaq sirop içdikdən sonra ölüb.
Təhlil.az-ın məlumatına görə Hindistan Səhiyyə Nazirliyi bildirib ki, laboratoriya testləri siropun tərkibində sənaye həlledicilərində istifadə edilən və kiçik dozalarda belə ölümcül ola bilən zəhərli maddə - dietilen qlikolun (DEG) varlığını göstərib.
“Nümunələrdə DEG icazə verilən həddən artıq olub”, - nazirlik qeyd edib.
Şərbət “Coldrif Cough Syrup” markası altında satılıb və “Sresan Pharma” tərəfindən Tamil Nadu ştatının cənub əyalətindəki bir müəssisədə istehsal edilib.
“Ən çox ölüm hallarının baş verdiyi Matya Pradeşdə siropun, eləcə də istehsalçının digər məhsullarının satışı qadağan edilib”, - deyə əyalət qubernatoru Mohan Yadav bildirib.
Oxşar tədbirlər Tamil Nadu və Kerala ştatlarının səlahiyyətliləri tərəfindən də həyata keçirilib. Hindistanda istehsal olunan öskürək siropları son illərdə qlobal diqqəti cəlb edib. Oxşar uşaq ölümləri müxtəlif ölkələrdə, o cümlədən 2022-ci ildə 70-dən çox uşağın hind siropunu içdikdən sonra öldüyü Qambiyada qeydə alınıb.