06 oktyabr
Amsterdamda Qəzza ilə bağlı kütləvi etiraz aksiyası keçirilib

Bazar günü Amsterdam şəhərində təxminən 250 min insan Niderland hökumətindən Qəzza münaqişəsi ilə bağlı daha sərt mövqe tələb edərək genişmiqyaslı nümayiş keçirib.
Təhlil.az xəbər verir ki, aksiya iştirakçılarının çoxu qırmızı geyimdə olub. Bu, İsrailin Qəzzanı blokadaya almasına qarşı simvolik “qırmızı xətt” mövqeyini ifadə edib.
Yağışlı havaya baxmayaraq, hər yaşdan olan nümayişçilər Fələstin bayraqlarını dalğalandıraraq, “Azad, azad Fələstin”, “İsrail, ayıb olsun!” və “Qəzzə azad olana qədər azad olmayacağıq” kimi şüarlar səsləndiriblər.
Etirazçılar Hollandiyanın paytaxtında 6 kilometrlik marşrut üzrə yürüş ediblər. Aksiya zamanı təşkilatçılar hökuməti Fələstin xalqına qarşı zorakılığa son qoyulması üçün konkret addımlar atmağa çağırıblar.