29 aprel
Naxçıvanda içməli su layihələrinə nəzarət dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında yeni Sərəncam imzalayıb.
Təhlil.az xəbər verir ki, dəyişikliyə əsasən, rayon və kəndlərdə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə cavabdeh qurumlar yenilənib. Belə ki, bu sahədə əsas icraçı kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı kimi isə Naxçıvan Nazirlər Kabineti müəyyən olunub.
Bu addım su təsərrüfatı layihələrinin daha səmərəli icrasına və resursların daha məqsədyönlü istifadəsinə zəmin yaradacaq.
Bu gün
Bu gün