06 oktyabr

Everestdə qar fırtınasında qalan 350 turist xilas edilib

Tibetdə Everest dağının yamacında bir həftəyə yaxın davam edən güclü qar fırtınası nəticəsində ilişib qalan turistlərdən 350 nəfər təhlükəsiz şəkildə dağdan endirilib.

Təhlil.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, xilas edilən turistlərin hamısının vəziyyəti qənaətbəxşdir.

Hazırda dağda qalan 200-dən çox turistlə əlaqə yaradılıb. Onların yaxın zamanda xüsusi xilasetmə qruplarının müşayiəti ilə yamacdan endiriləcəyi gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?