06 oktyabr
Qəzzada aclıqdan ölənlərin sayı 460-a yüksəlib

Qəzza zolağında humanitar vəziyyət daha da pisləşir. Son 24 saat ərzində İsrail qüvvələrinin əməliyyatları nəticəsində ən azı 65 fələstinli həlak olub, 153 nəfər isə yaralanıb.
Təhlil.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, münaqişə başlayandan bəri həlak olanların ümumi sayı 67 139 nəfərə, yaralıların sayı isə 170 minə yaxınlaşıb.
Qurum həmçinin aclıq və qida çatışmazlığı səbəbindən daha bir ölüm hadisəsinin qeydə alındığını bildirib. Bununla da aclqdan ölənlərin ümumi sayı 460 nəfərə çatıb.
Bu gün