Tramp: “HƏMAS-la razılıq yaxınlaşır”

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkə hesabında bildirib ki, ötən həftəsonu HƏMAS nümayəndələri ilə çox müsbət danışıqlar aparılıb.
Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, danışıqlar zamanı eyni zamanda girovların azad edilməsi, Qəzza zolağında müharibənin dayandırılması və Yaxın Şərqdə uzunmüddətli sülhün əldə olunması məqsədilə ərəb, müsəlman və digər ölkələrlə də uğurlu məsləhətləşmələr keçirilib.
“Bu danışıqlar uğurla gedir və sürətlə irəliləyir”, – deyə, Tramp qeyd edib.
Prezident əlavə edib ki, texniki qruplar oktyabrın 6-da Misirdə yenidən toplanaraq yekun detallar üzərində işləyəcəklər.
“Mənə məlumat verilib ki, birinci mərhələnin bu həftə ərzində başa çatdırılması planlaşdırılır. Hər kəsi prosesi sürətləndirməyə çağırıram”, – deyə Tramp əlavə edib.