04 oktyabr

Orban: “Avropanın Ukraynada müharibəni maliyyələşdirməyə pulu yoxdur”

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının iqtisadi böhran fonunda Ukraynaya hərbi dəstəyi davam etdirmək imkanlarının məhdud olduğunu bildirib.

Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Aİ indiyədək Ukrayna üçün 175–180 milyard avro xərcləyib:

“İndi hər il yenidən 40, 50, 60 milyard avro xərcləməli olacağıq. Bu pullar bizdə yoxdur. Bu strategiyanın nə rasional əsası, nə də maliyyə dayağı var”, – deyə Orban vurğulayıb.

Macarıstan baş naziri bu yanaşmanı “illüziya” adlandırıb və gec-tez dağılacağını, nəticələrinin isə ciddi olacağını qeyd edib.

Hazırda Aİ-də Ukraynaya 140 milyard avroluq “reparasiya krediti” verilməsi müzakirə olunur. Kredit dondurulmuş Rusiya aktivlərinin girovu hesabına ayrılacaq ki, bu da gələcəkdə həmin aktivlərin konfiskasiyasına gətirib çıxara bilər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?