04 oktyabr

Anna Akopyan Ərdoğanın kitabını oxuduğunu açıqladı

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli dünya mümkündür” adlı kitabını oxuyub bitirdiyini bildirib.

Təhlil.az xəbər verir ki, o, paylaşımında Ərdoğanın əsas tezisini vurğulayıb:
 

“Dünya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün ixtiyarında qala bilməz — The world is bigger than five”.

Akopyan həmçinin kitabda yer alan bəşəriyyətin vəziyyəti ilə bağlı statistik göstəricilərə diqqət çəkib:

Dünyada 820 milyon insan aclıq şəraitində yaşayır,

260 milyon nəfər miqrantdır,

80 milyondan çox insan zorla köçürülüb,

Təxminən 25 milyon nəfər isə qaçqındır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?