04 oktyabr

Avropa Parlamenti: Rusiyadan enerji asılılığına son

Avropa Parlamenti Rusiyadan enerji idxalının dayandırılmasını müzakirə edir

Təhlil.az xəbər verir ki, Avropa Parlamentinin sənaye komitəsi “RePowerEU” planına dəyişikliklər üzərində çalışır.

Təkliflərə əsasən:

2026-cı ildən Rusiyadan neft və neft məhsullarının idxalı tam dayandırıla bilər;

2027-ci ildən isə Rusiya qazının tədarükünə qadağa tətbiq olunması nəzərdə tutulur.

Qərar Avropa İttifaqının sanksiyalar paketində yer alan dəniz daşımaları qadağası ilə uyğunlaşdırılacaq.

Mütəxəssislərin proqnozuna görə, 2026-cı ilin ikinci yarısından qlobal qaz bazarında profisit gözlənilir ki, bu da tədarük risklərini və qiymət artımını azalda bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?