Gürcüstanda bələdiyyə seçkiləri keçirilir

Gürcüstanda yerli özünüidarə etmə orqanlarına seçkilər başlayıb.
Təhlil.az xəbər verir ki, səsvermə saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq. Ümumilikdə ölkə üzrə 3061 seçki məntəqəsi fəaliyyət göstərir — onların 2284-ü elektron, 777-si isə ənənəvi qaydada təşkil olunub. Bundan əlavə, cəzaçəkmə müəssisələrində də 10 seçki məntəqəsi açılıb.
Ümumi seçici sayı 3 513 818 nəfərdir, onların 3,1 milyondan çoxu elektron səsvermədən istifadə edəcək.
Təxminən 47 min gənc ilk dəfə səs verəcək.
Seçkilərdə 12 siyasi partiya iştirak edir.
Əsas rəqabət Tbilisi merliyi uğrunda olacaq — burada 9 namizəd mübarizə aparır.
Qaydalara görə, qalib gəlmək üçün səslərin 50%-dən çoxunu toplamaq tələb olunur.
Əks halda, ikinci tur keçiriləcək. Ümumilikdə isə ölkənin 63 bələdiyyəsində 112 merliyə namizəd qeydə alınıb.
2 228 namizəd majoritar dairələr üzrə yarışır.
Seçki prosesini 28 beynəlxalq, 27 yerli təşkilat və 73 KİV-dən minə yaxın jurnalist izləyir.