03 oktyabr

Rusiya sərhədi yaxınlığında itkin düşən Norveç əsgərləri tapılıb

Oktyabrın 2-də Norveçin Rusiya ilə həmsərhəd Finmark əyalətində keçirilən hərbi təlimlər zamanı itkin düşən beş əsgər sağ-salamat aşkarlanıb.

Təhlil.az xəbər verir ki, TV2 telekanalının polisə istinadla verdiyi məlumata görə, əsgərlərlə əlaqə kəsildikdən sonra onların axtarışına başlanılıb. Operativ Qərargahın rəhbəri Haukland Hansen bildirib ki, ilkin olaraq 10 hərbçi itkin düşmüş hesab olunub. Axtarış tədbirləri nəticəsində onların beşi tezliklə tapılıb.

Telekanal qeyd edib ki, oktyabrın 3-də aparılan əməliyyatlar nəticəsində bütün əsgərlərin yeri müəyyən edilib və hamısının salamat olduğu təsdiqlənib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?