03 oktyabr

Paşinyan: Cənubi Qafqazda nəqliyyat əlaqələri yaxın vaxtlarda açılacaq

Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda nəqliyyat və infrastruktur əlaqələrinin yaxın gələcəkdə açılacağını bəyan edib.

Təhlil.az xəbər verir ki, o, Tsağkadzorda keçirilən “Mining Ermənistan” forumunda çıxışı zamanı bildirib:
“Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də regional infrastruktur və nəqliyyat əlaqələrinin gözlənilən açılışı yaxın vaxtlarda reallaşacaq. Bu proses dağ-mədən sənayesi üçün daha əlverişli mühitin yaradılmasına mühüm töhfə verəcək”- deyə Paşinyan qeyd edib.  

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?