Kreml Zelenskinin təklifini rədd etdi

Ukrayna Prezidenti Vladimir Zelenskinin irəli sürdüyü 30 günlük atəşkəs təklifi yalnız Rusiya Prezidenti Vladimir Putinin əvvəllər Kremlə bəyan etdiyi “incə məqamlar” nəzərə alındıqdan sonra mümkün ola bilər.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, əgər uzunmüddətli atəşkəsdən danışırıqsa, burada prezident Putinin Kremlə toxunduğu incə məqamlar vacibdir. Bu suallara cavab verilmədən belə bir atəşkəsə getmək çətindir.
Xatırladaq, bundan əvvəl Moskva 7-dən 8 may gecəsi saat 00:00-dan 10-dan 11 may gecəsi saat 00:00-dək sovet-alman müharibəsində qələbənin 80 illiyi münasibətilə Rusiya ordusunun birtərəfli qaydada atəşi dayandıracağını açıqlayıb. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulacağı təqdirdə adekvat cavab hüququnun saxlanıldığı bildirilib.
Peskov bu qərarı Putinin “yaxşı niyyət” göstəricisi kimi qiymətləndirib. Putin daha əvvəl Ukrayna ilə “ön şərtsiz” sülhə hazır olduğunu da bəyan etmişdi.
Bundan sonra Ukraynanın xarici işlər naziri Andrey Sibiga atəşkəsin 8 mayı gözləmədən dərhal tətbiq olunmasını təklif edib. Prezident Zelenski isə ən azı 30 günlük “dərhal, tam və qeyd-şərtsiz” atəşkəs çağırışı ilə çıxış edib.