03 oktyabr

Mərakeşdə “Z nəsli 212” hərəkatı hökumətin istefasını tələb edir

Mərakeşdə gənclər tərəfindən yaradılmış “Z nəsli 212” hərəkatı hökumətin istefasını tələb edərək ölkə üzrə genişmiqyaslı etiraz aksiyaları keçirib.

Təhlil.az-ın məlumatına görə, qrup 2025-ci ilin sentyabr ayında “Discord” və “TikTok” platformalarında formalaşıb və hazırda 150 mindən çox üzvü var. Etirazlar heç bir partiya və lider olmadan təşkil olunur.

Hərəkatın əsas tələbləri səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması, iş yerlərinin artırılması, korrupsiyaya qarşı mübarizə və azadlıqların qorunmasıdır.

Etirazçılar kral VI Məhəmmədə müraciət edərək Baş nazir Əziz Axannuşun hökumətinin buraxılmasını tələb ediblər.

Aksiyalarda səsləndirilən şüarlardan biri belə olub:
“Sağlamlıq hər şeydən önəmlidir, bizə Dünya Çempionatı lazım deyil!”

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?