03 oktyabr

Britaniya kəşfiyyatında yenilik: qadın rəhbər oldu

Britaniya xarici kəşfiyyat xidməti – Mİ6-nın tarixində ilk dəfə qadın rəhbər vəzifəsinə gətirilib.

Təhlil.az xəbər verir ki, bu posta 48 yaşlı zabit Bleyz Metreveli təyin olunub.

“The Times” qəzetinin yazdığına görə, Metreveli oktyabrın 1-dən beş ildir təşkilata rəhbərlik edən Riçard Murun yerinə keçib. Bununla da o, 1909-cu ildən fəaliyyət göstərən qurumun tarixində ən gənc rəhbər olub.

Metreveli kəşfiyyat xidmətinə 1999-cu ildə qoşulub və fəaliyyətinin böyük hissəsini Yaxın Şərqdə aparıb. Onun ərəb dilini mükəmməl bilməsi və uşaqlıq illərinin bir qismini Səudiyyə Ərəbistanında keçirməsi də diqqət çəkən məqamlardandır.

Bu təyinatla Britaniya xüsusi xidmət orqanlarının ən mühüm strukturlarından biri ilk dəfə qadının rəhbərliyi altına düşüb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?