03 oktyabr
ABŞ-də “şatdaun” Ukrayna ilə silah tədarükü danışıqlarını dondurdu

Vaşinqtonda hərbi yardım və milyardlarla dollar dəyərində ola biləcək dron müqaviləsi üzrə danışıqlar dayandırılıb.
Təhlil.az xəbər verir ki, səbəb ABŞ hökumətinin büdcə çatışmazlığına görə fəaliyyətini dayandırmasıdır.
Ukrayna hökumətindəki mənbə bildirib ki, əsas narahatlıq ABŞ silahlarının təchizatında mümkün gecikmələrlə bağlıdır: “Bütün gələcək layihələr bir qədər zərər gördü, çünki Pentaqon, Dövlət Departamenti və Ağ Ev rəsmiləri görüşmürlər və bu dayanma səbəbindən vaxt itiririk”.
Bu gün