02 oktyabr
İsrail səfiri İspaniya XİN-ə çağırıldı

Fələstinlilərə humanitar yardım aparmaq üçün Qəzza sahillərinə doğru hərəkət edən “Sumud” flotiliyasına aid gəmilərin saxlanılması ilə bağlı İsrailin İspaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Təhlil.az xəbər verir ki, bu barədə qurumun bəyanatında məlumat verilib.
XİN rəhbəri Xose Manuel Albaresin sözlərinə görə, həmin gəmilərdə 65 İspaniya vətəndaşı olub.
Qeyd edək ki, bundan əvvəl İsrail hərbçilərinin “Sumud” flotiliyasına aid doqquz gəmini ələ keçirdiyi açıqlanmışdı.
Xatırladaq ki, İspaniya Fələstin dövlətini tanıdıqdan sonra İsrail ötən il Madriddəki səfirini geri çağırmışdı.
Bu gün