02 oktyabr

ÜST: Antibiotiklərin istehsalı superbakteriyaların yayılmasına çata bilmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərin istehsalı ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurduğunu açıqlayıb.

Təhlil.az xəbər verir ki, təşkilatın yeni məruzəsinə əsasən, hazırda işlənib hazırlanmaqda olan antibakterial preparatların, o cümlədən yeni dərman vasitələrinin və faqoterapiya kimi eksperimental müalicə metodlarının sayı azalıb. 2023-cü ildə 97 olan bu göstərici 2024-cü ildə 90-a enib.

Azalmanın əsas səbəbi bəzi preparatların kifayət qədər səmərəli olmaması və nəticədə onların klinik sınaqlardan çıxarılması ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, antibiotiklərin inkişaf tempi superbakteriyaların yayılma sürətinə çata bilmir və bu,qlobal səhiyyə üçün ciddi təhlükə yaradır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?