02 oktyabr

Fransada etirazlara 76 min polis və jandarm cəlb ediləcək

Fransa Daxili İşlər Nazirliyi ölkə boyu həmkarlar ittifaqlarının çağırışı ilə keçiriləcək 250 etiraz aksiyasında asayişi qorumaq üçün 76 min polis və jandarmın xidmətə cəlb olunacağını açıqlayıb.

Nazir Bruno Retayo bildirib ki, bu, asayiş qüvvələrinin nümayişləri müşahidə etdiyi üçüncü gündür:
“Ümumilikdə 250-yə yaxın etiraz yürüşü planlaşdırılır. 18 sentyabrla müqayisədə qüvvə bir qədər az olsa da, onların sayı 76 min nəfərə çatır. Təkcə Parisdə təxminən 5 min polis və jandarm xidmət göstərəcək”, – deyə nazir vurğulayıb.

Retayonun sözlərinə görə, hökumət bəzi aksiyalara radikal qrupların qoşula biləcəyini istisna etmir. Buna baxmayaraq, asayiş qüvvələri zorakılığa yol vermədən, etirazçıların dinc şəkildə fikirlərini ifadə etməsini təmin etməyə çalışacaq.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?