02 oktyabr

Viktor Orban: “Brüssel müharibəyə başlamaq istəyir”

Macarıstanın Baş naziri Viktor Orban Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında sərt açıqlama ilə çıxış edib.

Təhlil.az xəbər verir ki, Orban Avropa İttifaqının Ukraynaya dəstək siyasətini tənqid edib:

“Aydındır ki, müharibə ilə bağlı təkliflər masadadır. Onlar Aİ-nin vəsaitlərini Ukraynaya köçürmək, üzvlüyünü sürətləndirmək və silah təchizatını maliyyələşdirmək istəyirlər. Bütün bunlar Brüsselin müharibəyə başlamaq istədiyini açıq şəkildə göstərir”. 

Baş nazir əlavə edib ki, Macarıstan bu məsələdə öz mövqeyinə sadiq qalacaq: “Bu sammit sübut edir ki, qarşıdakı aylar müharibə təhlükəsi ilə dolu olacaq. Bizim bütün siyasi ictimaiyyətimizin və sülh üçün çalışan hər bir macarın dəstəyinə ehtiyacımız olacaq”. 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?