02 oktyabr

G7-də Aİ ölkələrindən ABŞ-yə Rusiya aktivləri ilə bağlı təzyiq

Almaniya, Fransa və İtaliya Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə dair qərarın qəbul olunması üçün G7-də ABŞ və Yaponiyaya təzyiq göstərir.

Təhlil.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) Rusiyanın aktivlərinin müsadirəsinin avroya olan inamı sarsıda biləcəyindən ehtiyat edir. Lakin ABŞ və Yaponiya bu plana qoşularsa, Avrozonaya təzyiqin azalacağı bildirilir.

Bununla belə, Vaşinqton və Tokio məsələyə hələ də ehtiyatla yanaşır. Adı açıqlanmayan bir məmur nəşrə açıqlamasında qeyd edib: “Amerikalıların nə edəcəyi bəlli deyil”.

Xatırladaq ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub.

Bunun 5-6 milyard dolları ABŞ-də, əsas hissəsi isə Avropada yerləşir. Yalnız Belçikadakı beynəlxalq Euroclear platformasında 210 milyard dollardan çox aktiv saxlanılır.

Rusiya Xarici İşlər Nazirliyi isə Qərbdəki aktivlərin müsadirəsi halında cavab addımlarının dərhal atılacağını açıqlayıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?