02 oktyabr

ABŞ Prezidentindən Qətərlə bağlı mühüm qərar

ABŞ Prezidenti Donald Tramp Qətərə qarşı hər hansı hücumun bundan sonra Birləşmiş Ştatların təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini bəyan edən fərman imzalayıb.

Təhlil.az-ın xəbərinə görə, sənəddə qeyd olunur ki, xarici təcavüz təhlükəsi fonunda Qətərin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması ABŞ siyasətinin prioritetidir.

Vaşinqton bəyan edib ki, Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna ediləcək istənilən silahlı hücum ABŞ-ın sülh və təhlükəsizliyinə birbaşa təhdid sayılacaq.

Belə bir hal baş verəcəyi təqdirdə, ABŞ həm öz, həm də Qətərin maraqlarını qorumaq üçün diplomatik, iqtisadi və zəruri olduqda hərbi vasitələr də daxil olmaqla bütün uyğun tədbirləri görəcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?