02 oktyabr
Alimlər pterozavrın yeni növünü kəşf ediblər

Braziliyada alimlər pterozavrın yeni növünü aşkar ediblər.
Təhlil.az xəbər verir ki, elmi olaraq "Galgadraco zephyrius" adlandırılan bu növ, ölkədə tapılan ilk azhdarxid pterozavrıdır.
Araşdırma nəticələri "Papers in Paleontology" jurnalında dərc olunub. Məqalədə qeyd olunur ki, yeni növ Rumıniyanın Hațeg hövzəsindəki pterozavrlarla təəccüblü oxşarlıqlar göstərir.
Galgadraco zephyrius təxminən 70–67 milyon il əvvəl, Təbaşir dövründə indiki Braziliya ərazisində yaşayıb. Bu tapıntı həm Braziliyanın qədim fauna müxtəlifliyini, həm də pterozavrların geniş yayılma arealını bir daha təsdiqləyir.
Bu gün