02 oktyabr
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 72-yə çatdı

Filippinin Sebu əyalətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 69-dan 72-yə yüksəlib, 294 nəfər yaralanıb.
Təhlil.az xəbər verir ki, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması üzrə Milli Şuraya istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələ ümumilikdə 170 min insana təsir edib. Onlardan 20 minə yaxını evlərini tərk etmək məcburiyyətində qalıb. Yerli hakimiyyət yeraltı təkanlar nəticəsində bir sıra binaların dağıldığını bildirib.
Çərşənbə günü Sebu əyalətində fövqəladə vəziyyət elan olunub. Ən çox ölüm halı əyalətin şimalında yerləşən 90 min əhalisi olan Boqo şəhərində, həmçinin San Remisio və Medellin bələdiyyələrində qeydə alınıb.
Bu gün