02 oktyabr

İsrail ordusu Qəzzaya yardım aparan gəmiləri ələ keçirdi

Qəzza sahillərinə humanitar yardım daşıyan “Sumud Donanması”nın gəmiləri İsrail hərbçiləri tərəfindən ələ keçirilib.

Təhlil.az xəbər verir ki, Beynəlxalq missiyanın məlumatına görə, ümumilikdə 13 gəmi dayandırılıb. İsrail qüvvələrinin əməliyyatı zamanı gəmilərə qarşı güc tətbiq edildiyi, qəsdən toqquşmalar törədildiyi, su şırnaqlarından istifadə olunduğu və fəallara qarşı pis rəftar edildiyi bildirilir.

Daha əvvəl 4 gəminin tutulduğu və 70 fəalın saxlanıldığı açıqlanmışdı. Türkiyə nümayəndəliyi isə ümumilikdə 15 gəminin ələ keçirildiyini, onlardan 25-nin türk vətəndaşı olduğunu bəyan edib.

Hadisə beynəlxalq reaksiyalara səbəb olub və humanitar yardımın qarşısının alınması ciddi narazılıq doğurub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?