02 oktyabr

Tramp: Azərbaycan da Qəzza sülh planına dəstək verən ölkələr arasında

ABŞ Prezidenti Donald Tramp Qəzzada münaqişəni dayandırmaq məqsədilə təqdim etdiyi 20 maddəlik sülh planı ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Təhlil.az xəbər verir ki, Tramp "Truth Social" platformasında yayımladığı açıqlamada Yaxın Şərqdə sülhün bərqərar olunmasına dair beynəlxalq dəstəyi önə çəkib.

O, bu kontekstdə müxtəlif ölkələrin mövqelərinə yer verib.

Paylaşımdakı bəyanatlar arasında Azərbaycan Xarici İşlər Nazirliyinin planla bağlı açıqlaması da göstərilib.

Tramp vurğulayıb ki, regional sabitlik və sülhün təmin olunması üçün bu dəstək mühüm əhəmiyyət kəsb edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?