02 oktyabr
Ərdoğan: “F-35-lərin pulu ödənilib, proses nəzarətdədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşündə F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsi məsələsini gündəmə gətirdiyini açıqlayıb.
Təhlil.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, Türkiyə həmin təyyarələr üçün ödənişi artıq həyata keçirib: “Biz onlara dedik ki, pulu verdik, amma hələ də F-35-ləri bizə verməmisiniz. İndi bu prosesi nəzarətdə saxlayırıq”.
Onun sözlərinə görə, Ankara bu məsələnin ədalətli şəkildə həll olunması üçün Vaşinqtonla danışıqları davam etdirəcək.
Bu gün