01 oktyabr
Rusiya-ABŞ danışıqlarının üçüncü raundu payızın sonunadək keçiriləcək

Rusiya və ABŞ arasında danışıqların üçüncü raundu payızın sonuna qədər baş tutacaq.
Təhlil.az İctimai TV-nin Moskva müxbirinin xəbərinə istinadla məlumat verir ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkovun sözlərinə görə, iki ölkə arasındakı qıcıqlandırıcı faktorların aradan qaldırılması ilə bağlı danışıqların üçüncü raundu payızın sonuna qədər keçiriləcək.
Xatırladaq ki, əvvəlki raund İstanbulda baş tutub.