01 oktyabr
Avropa Parlamentində hicabın qadağan edilməsi təşəbbüsü irəli sürülüb

Avropa Parlamentinin sağçı Avropa Mühafizəkarlar və İslahatçılar qrupundan olan deputatı Çarli Veymers qurumda müsəlman qadınlarının hicab taxmasının qadağan olunması üçün petisiya başladıb.
Təhlil.az xəbər verir ki, deputatın müraciətində qeyd olunur: "Belə bir qadağa Aİ-nin dövlət qulluğunda qərəzsizlik, bərabərlik və universallığı gücləndirəcək, həmçinin bütün qadınların səlahiyyətlərinin artırılmasına dəstək siqnalı verəcək".
Sənəddə vurğulanıb ki, hicabın qadağan edilməsi Avropa Parlamentinin üzv dövlətlər, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar üçün neytral rol modeli olmasını təmin edəcək.