01 oktyabr
Xarkov yenidən hədəfdə

Foto: "Reuters"
Gecə saatlarında Rusiya Xarkovu idarəolunan hava bombaları ilə vurub. Ən güclü zərbə “Barabashovo” bazarına dəyib.
Təhlil.az xəbər verir ki, təxminən 100 ticarət obyekti yanıb, eyni qədəri isə dağılıb. Həmçinin yaşayış binaları, avtomobillər və metro girişinə ziyan dəyib.
Xarkov meri İqor Terehovun məlumatına görə, xəsarət alanların sayı 8 nəfərə çatıb.
“Bu gecə Xarkov üçün yenə də ağır oldu. Amma zərbələrə və dağıntılara baxmayaraq şəhər ayaqdadır və həyat davam edir”, - deyə o, yazıb.
Qeyd edək ki, “Barabashovo” Şərqi Avropanın ən böyük bazarlarından biridir və Rusiya tərəfindən hədəfə alınması ilk dəfə deyil: 2022-ci ilin mart ayında bazar demək olar ki, tamamilə raket zərbəsi ilə məhv edilmişdi