BBC: HƏMAS Trampın sülh planını rədd edəcək

BBC-yə açıqlama verən HƏMAS-ın yüksəkvəzifəli nümayəndəsi bildirib ki, təşkilat böyük ehtimalla ABŞ Prezidenti Donald Trampın Qəzza üçün təklif etdiyi sülh planını qəbul etməyəcək. Təhlil.az xəbər verir ki, mənbənin sözlərinə görə, plan İsrailin maraqlarına xidmət edir və fələstinlilərin mənafelərini nəzərə almır. Sənəddə əsas şərtlərdən biri silahların təhvil verilməsi və HƏMAS-ın tərksilah edilməsidir ki, bu da təşkilat üçün qəbuledilməz sayılır. HƏMAS həmçinin Qəzzada Beynəlxalq Sabitlik Qüvvələrinin yerləşdirilməsinə qarşı çıxır və bunu yeni işğal forması kimi qiymətləndirir.
İsrailin Baş naziri Benyamin Netanyahu artıq planı Vaşinqtondakı danışıqlarda qəbul edib.
HƏMAS isə hələlik rəsmi mövqe açıqlamayıb, lakin Qətər XİN planın məsuliyyətlə araşdırıldığını bildirib.